Sionistsayağı oynatma
İran ilə Azərbaycan Respublikası arasında anlaşılmazlıqların aradan qaldırılması üçün İranın xarici işlər naziri ilə Azərbaycan Respublikası prezidenti arasında neçə saatlıq müzakirələr sionistləri nigaran edib.
Sionist İsrail rejiminin iki qonşu, qardaş müsəlman ölkə olan İran ilə Azərbaycan Respublikası arasında əlaqələri əngəlləmək cəhdlərinin məğlubiyyətə uğradığı müşahidə olunarkən sionistlər növbəti gülünc iddialarla öz aləmlərində Azərbaycanı aldatmaq istəyirlər.
Bakıda bir əfqanıstan vətəndaşının Azərbaycanda ictimai asayişi pozmaq məqsədi ilə terror aktı yaratmaqda ittiham olunaraq saxlanılmasından sonra indi sionist rejimin "Times of İsrael" nəşri İsrailin xarici işlər naziri Eli Kohenə istinadən iddia edir ki, həmin əfqanıstan vətəndaşı İsrail səfirliyini hədəfə alıbmış və bunun arxasında da İran dayanıbmış.
Sionist nazir sankı Azərbaycan Respublikasının təhlükəsizlik orqanlarının sözçüsü imiş kimi iddia edir ki, Azərbaycanda ələ keçirilən terrorçu İrandan maliyyələşib və oradan bu təlimatı alıb. Beləliklə bu xəbis sionist, birinci növbədə Azərbaycan Respublikasının müstəqilliyini şübhəyə almış və bu ölkənin dövlətçiliyini təhqir etmiş olub. Digər tərədən isə, İranla Azərbaycan Respublikası münasibətlərini pozmaq üçün törətdiyi təxribatçı planların baş tutmadığını görüb, növbəti plan həyata keçirmək niyyətini nümayiş etmiş olub.
Qeyd edək ki, iyulun 5-də qoşulmama hərəkatının Bakı iclasında iştirak etmək üçün Azərbaycan Respublikasında səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Respublikası prezidenti İlham Əliyev ilə görüşmüşdür. Görüşdə hər iki tərəf iki ölkə arasında anlaşılmazlıqların aradan qaldırılmasına, münasibətlərin inkişaf etdirilməsinə, əməkdaşlıqların daha da gücləndirilməsinə təkid ediblər.
Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin öz fəaliyyətini başlaması üçün prosseslərə start verildiyi halda sionist rejim, Bakıdakı səfirliyinin İran tərəfindən hədəfə alınmasını iddia edərək, bu prossesi əngəlləməyə cəhd göstərir və bir daha bu reallığı sübut etmiş olur ki, İranla Azərbaycan münasibətlərinin gərginləşməsi və soyumasında birinci rola malik imiş.
İndi sionistlərin yaratdıqları mənzərə bu atalar sözünü yada salır: Bir dəfə aldanmışda qəbahət aldadanın, iki dəfə aldanmışda qəbahət aldananın.