Cinayətkar rejimin müharibə naziri Bakıdadır
Bu gün cinayətkar sionist rejimin müharibə naziri Bakıda Azərbaycan Respubliaksı prezidenti ilə görüşüb.
Azərbaycan Respublikası prezidentinin rəsmi internet səhifəsinin verdiyi məlumata görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə sionist rejimn müharibə naziri Yoav Qallantın görüşündə İkitərəfli münasibətlərin inkişafından, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıqdan məmnunluq ifadə edilib.
Qeyd edək ki, müsəlman torpaqlarının işğalı üzərində qurulmuş cinayətkar sionis rejim elə cari günlər Cənin düşərgəsində fələstinlilərin növbəti qətliamına təşəbbüs göstərmişdir. Müsəlman fələstinlilərin torpaqlarını işğal edərək onları məcburi köçkün halına gətirmiş bu rasist rejim vaxtaşırı olaraq didərgin fələstinlilərin düşərgələrini hücuma məruz qoyur. Qəsbkar rejim həmçinin müxtəlif müsəlman ölkələrinə o sıradan İrana qarşı dəfələrlə terrorçu əməliyyatlar həyata keçirmişdir.