Azərbaycan Respublikasında şiəliyin deformasiya edilməsinə cəhd olunur
Axar.az saytının yeni resepti açıqlandı
Azərbaycanda iqtidar yönümlü media şiəliyi məhv etmək və ya heç olmasa bu ölkədə şiəliyi deformasiyaya məruz qoymaq üçün səylərini davam etdirir.
“Axar.az” saytında Zaur Əliyevin yazdığı məqalədə deyilir: “Azərbaycan Respublikasında İmam Hüseynin (ə) şəhadəti yalnız bir gündə yəni Aşura günü qeyd oluna bilər!”
Yazıda Cənubi Qafqazın Çar Rusiyası tərəfindən işğal olunduğu günə qədər Məhərrəm ayında geniş miqyaslı əzadarlıqların keçirildiyi etiraf olunsa da, bildirilir ki, İmam Hüseyn (ə) üçün uzun əzadarlıq guya fars və taciklərin şahları üçün nəzərdə tutulan adət-ənənələrin təsiri altında keçirilir.
“Axar.az” saytının müəllifi sonra izləyicilərə bildirir ki, İslamda nikahın əhəmiyyəti və nəsillərin artması ilə əlaqədar olaraq Məhərrəm ayı nikah bağlamaqda problem yoxdur. Məhərrəm ayında toy və şadlıq mərasimləri keçirilə bilər və bu ayda toy tutmağı “qadağan etmək” guya farslar və taciklərin uydurmasıdır! Ona görə də Azərbaycan xalqı guya xürafatdan uzaq qalmalıdır.
Məqalədə həmçinin Azərbaycan Respublikasında şiə əqidə və adət-ənənələrinə bağlı olan insanlar təhqir olunaraq onlardan istənlir ki, Məhərrəm ayının ayinlərindən və şiəlik rəmzlərindən uzaq dursunlar. O da tövsiyə olunur ki, Azərbaycan Respublikası xalqı ruhanilərn sözlərinə inanmasın!