Bir neçə korrupsioner məmur saxlanılıb
Azərbaycan Respublikasının Tərtər və Cəlilabad rayonlarında bir neçə rüşvətxor məmur saxlanılıb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu barədə məlumat yayaraq bildirib ki, Tərtər rayonunda korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb.
Belə ki, əməliyyat nəticəsində Tərtər RİH-in Memarlıq və tikinti şöbəsinin müdiri baş memar Tofiq Kərimov saxlanılıb.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi dünən də Cəlilabad rayon Bələdiyyələri Əlaqələndirmə Şurasının və Cəlilabad şəhər bələdiyyəsinin sədri Mehdi Kərimov, Cəlilabad Rayon İcra Hakimiyyətinin baş memarı Sahil Qənbərli və Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Səttar Heydərovun saxlanıldığını bildirib.
Bəzi sosial şəbəkə istifadəçilərinə görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirə bilmir ona görə ki, Korrupsiyaya qarşı mübarizə aparmalı olan bu idarənin özünə də korrupsioner məmurlar rəhbərlik edir. Onlar digər korrupsioner məmurlardan haqq-hesab alır və onların əməllərinə göz yumurlar. Vaxtaşırı əməliyyatlar isə ümumi fikr nəzdində özünü aktiv göstərmək niyyəti ilə həyata keçir.