Azərbaycan sionistlərin ayağını Xəzərə də açdı
Kənd təssərrüfatı sahəsində əməkdaşlıqlar adı altında Azərbaycan Respublikasının quru ərazilərini, havadan müdafiə əməkdaşlıqları adı altında Azərbaycanın hava məkanını nəzarətə almış işğalçı sionist rejim indi Azərbaycanın Xəzər dənizindəki sularını da nəzarətə götürmək istəyir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Azərsu" ASC ilə sionist İsrail rejiminin “milli su operatoru "Mekorot Water Company" şirkəti” arasında dəniz suyunun duzsuzlaşdırılması layihəsi çərçivəsində texniki məsləhət xidmətlərinin göstərilməsi üzrə müqavilə imzalanıb.
Bu barədə Agentlikdən bildirilib.
Məlumata görə, "Azərsu" ASC-də "Mekorot Water Company" şirkətinin nümayəndələri ilə görüş keçirilib.
Görüşdə Agentliyin sədri Zaur Mikayılov deyib: "Prezidentin 12 aprel 2023-cü il tarixli sərəncamı ilə Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin icrasına başlanılıb. Xəzər dənizinin suyunun emalı sahəsində İsrail şirkətləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır".
Qəsbkar sionist rejimin şirkətinin Direktorlar Şurasının sədri Amir Lang isə işğal olunmuş Fələstin ərazilərində içməli suya olan tələbatın 90 %-ni təmsil etdiyi şirkətin təmin etdiyini, istehlakçılara verilən suyun təqribən 60 %-nin dəniz suyunun duzsuzlaşdırılması ilə əldə olunduğunu bildirib.
Görüşdə içməli su təchizatı sektorunda gələcək əməkdaşlıq məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıldığı bildirilir.
Qeyd edək ki, sionist rejim Azərbaycan Respublikasına xərçəngvari nüfuz planı istiqamətində bu ölkənin kənd təsərrüfatı, ətraf mühiti, təhllükəsizlik sahələrini, infromasiya mühitini öz nəzarətinə götürmək məqsədi ilə Azərbaycan Respublikası ilə ayrı-ayrı müqavilələr imzalayıb. Müsəlman dünyasının birinci düşməni olan bu qəsbkar rejim indi də su sahəsində əməkdaşlıqlar adı altında Xəzər dənizinə və Azərbaycanın ən həssas təhlükəsizlik sahəsi olan su ehtiyatlarına qarşı fitnəkar nüfüza çalışır.