Sen 09, 2023 14:32 Asia/Baku
  • kibertəhlükəsizlik sahəsində “əməkdaşlıq” diqqət mərkəzindədir

“kibertəhlükəsizlik” sahəsində əməkdaşlıq bu günlərdə sionist rejim ilə Azərbaycan nümayəndələri arasında keçirilən görüşlərin diqqət mərkəzində olub.

İsrail parlamenti - Knessetin nümayəndələrindən biri ötən həftə Bakıya gizli səfəri barədə tvit yayıb və Azərbaycanın yüksək vəzifəli şəxsləri ilə görüşdüyünü xəbər verib.

Təsnim Agentliyinin xəbərinə görə, Netanyahunun kabinetində mübahisəli daxili təhlükəsizlik naziri olan “İtamar Ben Qoyerin” rəhbərlik etdiyi ifrat sağçı “Yəhudi Gücü” partiyasının təmsilçisi Almoq Koen “X” mikrobloqunda yazıb: “İndi mən elan edə bilərəm ki, bu həftə Knessetin bir neçə üzvünün müşayiəti ilə Azərbaycanda səfərdə oldum. Azərbaycan İranla həmsərhəd olduğuna görə strateji əhəmiyyətli ölkədir və tərəflərin ümumi maraqlarının möhkəmlənməsinin şahidiyik”.

O qeyd edib ki, nümayəndə heyətinin Bakıya səfərinin mühüm hissəsi İsrailin Technion İnstitutu ilə əməkdaşlıq çərçivəsində bu ilin əvvəlində fəaliyyətə başlayan “Azərbaycanın Kibertəhlükəsizliyi” mərkəzinin səfəri olub.

Sionist rejim hakimiyyəti ilə Azərbaycan arasında əldə olunan razılaşmaya əsasən, Technion İnstitutu “Sionist rejimin Kibertəhlükəsizlik Mərkəzi” adından Bakıda 1000 nəfər işçi qüvvəsi yetişdirəcək.  

Xatırladaq ki, bundan əvvəl sionistlərin Peqasus casus proqramı vasitəsilə Azərbaycan vətəndaşlarının; o cümlədən fəal jurnalistlərin şəxsi həyatına müdaxiləsi kəskin reaksiya doğurmuşdu. Ona görə də kibertəhlükəsizlik sahəsində əməkdaşlıq adı altında terror dövləti olan İsrailin təhlükəli oyunlara əl atacağı istisna olunmur.

 

Teqlər