Azərbaycan Respublikasının müdafiə naziri İranın hərbi heyətilə görüşüb
https://azeri.sahartv.ir/news/azərbaycan-i403410-azərbaycan_respublikasının_müdafiə_naziri_İranın_hərbi_heyətilə_görüşüb
Azərbaycan Respublikası müdafiə nazirinin sözügedən nazirlikdə İran Silahlı Qüvvələrindən olan nümayəndə heyətilə görüşündə/ hərbi sahədə və regionun təhlükəsizlik məsələləri sahəsində həmkarlıqların genişləndirilməsinin perspektivi ətrafında fikir mübadiləsi aparılıb.
(last modified 2024-04-14T09:20:47+00:00 )
Sen 09, 2023 16:27 Asia/Baku
  • Azərbaycan Respublikasının müdafiə naziri İranın hərbi heyətilə görüşüb

Azərbaycan Respublikası müdafiə nazirinin sözügedən nazirlikdə İran Silahlı Qüvvələrindən olan nümayəndə heyətilə görüşündə/ hərbi sahədə və regionun təhlükəsizlik məsələləri sahəsində həmkarlıqların genişləndirilməsinin perspektivi ətrafında fikir mübadiləsi aparılıb.

Trend informasiya agentliyi Azərbaycan Respublikasının müdafiə nazirliyinə istinadla bu ölkənin müdafiə naziri general-polkovnik Zakir Həsənovun/ İran İslam Respublikası-Azərbaycan Respublikası birgə hərbi komissiyasının iclasında iştirak məqsədilə Bakıda səfərdə olan İran Silahlı Qüvvələrinin nümayəndə heyətilə görüşündən xəbər verib. İranlı heyətə general-mayor Məhəmməd Əhədi başçılıq edir.

İranlı qonaqları qarşılayan Həsənov Qarabağ iqtisadi bölgəsində yerləşən Azərbaycan Respublikası-Ermənistan şərti sərhədindəki əməliyyat durumu və azad edilmiş bölgələrdə görülən bərpa işləri barədə söhbət edib.

Azərbaycanlı tərəfin qonaqpərvərliyindən məmnunluq ifadə edən İran hərbi heyətinin başçısı da deyibdir ki: İki ölkə əlaqələri qədim tarixi köklərə malikdir.

General-mayor Məhəmməd Əhədi həmçinin qonşuluq və dostluq əlaqələrinin genişləndirilməsi istiqamətində qarşılıqlı görüşlərin önəminə təkid edib.