“Qanunsuz marionet rejimi ləğv edilməlidir”
https://azeri.sahartv.ir/news/azərbaycan-i403413-qanunsuz_marionet_rejimi_ləğv_edilməlidir
Bakı ilə İrəvan arasında müharibə ehtimalının son dərəcə gücləndiyi bir vaxtda Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağdakı qeyri-qanuni rejimin ləğv və tərksilah edilməli olduğunu vurğulayıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 10, 2023 08:53 Asia/Baku
  • “Qanunsuz marionet rejimi ləğv edilməlidir”

Bakı ilə İrəvan arasında müharibə ehtimalının son dərəcə gücləndiyi bir vaxtda Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev Qarabağdakı qeyri-qanuni rejimin ləğv və tərksilah edilməli olduğunu vurğulayıb.

Yalan və uydurma seçkilər, ya da seçimi ciddi uğursuzluq və əks-məhsuldar adlandırmaq istərdim. Qanunsuz marionet rejimi ləğv edilməli və tərksilah edilməlidir. Bu, Qarabağın erməni və azərbaycanlı sakinlərinin yaşaya və birgə mövcud ola biləcəyi davamlı sülhü təmin etməyin yeganə yoludur", - Hacıyev X sosial platformasında yazıb.

Azərbaycan prezidentinin köməkçisi Qarabağ separatçılarının Rusiyadan ərzaq yardımı aldıqdan sonra Laçın yolunun açılacağı ilə bağlı razılıq əldə edilməsi barədə açıqlamalarına da münasibət bildirib:

“Rusiya yüklərinin Qarabağa göndərilməsi Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasına dair təklif olunan sazişlərlə bağlı deyil.”- Hikmət Hacıyev yazıb.

O dünən X-dəki yazısında belə davam edib: “Sabah (10 sentyabr) Rusiyanın təşəbbüsü ilə Rusiya Qızıl Xaç Cəmiyyətinin ərzaq yükləri Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə razılaşdırılaraq Ağdam-Əsgəran yolu ilə Xankəndi istiqamətində hərəkət edəcək. Bu, ayrıca sövdələşmədir və BQXK-nın (Beynəlxalq Qızıl Xaç Komitəsi) mallarının çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılması təklifi ilə qarışdırılmamalıdır. Belə ki, Azərbaycan sentyabrın 1-də xoş niyyət jesti olaraq Ağdam-Xankəndi və Laçın-Xankəndi yolunun eyni vaxtda açılmasını təmin etməyə razılıq verdi. Lakin qanunsuz rejim bundan imtina etdi”, - Hacıyev X sosial platformasında yazıb. Eyni zamanda o, Laçın sərhəd-keçid məntəqəsində “Azərbaycanın gömrük və sərhəd nəzarəti rejimi”nin fəaliyyət göstərəcəyini də vurğulayıb.