Separatçılar Azərbaycanın yardımını qəbul etmirlər
https://azeri.sahartv.ir/news/azərbaycan-i403647-separatçılar_azərbaycanın_yardımını_qəbul_etmirlər
40 ton un yüklü karvan Ağdam-Xankəndi yolunda gözləyir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 18, 2023 10:14 Asia/Baku
  • Separatçılar Azərbaycanın yardımını qəbul etmirlər

40 ton un yüklü karvan Ağdam-Xankəndi yolunda gözləyir

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı artıq 21-ci gündür ki, Ağdam-Əsgəran-Xankəndi yolundadır.

APA xəbər verir ki, içərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında dayanıblar.

Qeyd edək ki, hazırda ərzaq yükünün erməniəsilli şəxslərə çatdırılması üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları və könüllülər cavab gözləyir.