Aərbaycanlı rəsmi xunta rejiminin başçısı ilə görüşüb
Sentyabrın 22-də Şuşada Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin Qarabağ separatçılarının başçısı Samvel Şahramanyanla görüşdüyü iddia edilir.
Turan xəbər agentliyi bu barədə erməni telejurnalist Tatul Akopyana istinad edib. O, məlumatın mənbəyini açıqlamayıb.
Onun verdiyi məlumata görə, bu görüş Yevlaxdakı görüşün davamı olub.
Məlum olduğu kimi, sentyabrın 21-də Yevlax şəhərində Qarabağ ermənilərinin nümayəndələrinə rəsmi Bakının tələbləri və şərtləri təqdim edilib.
Göründüyü qədər, Şahramanyan Əli Nağıyevlə görüşündə Bakının tələblərinə cavab verib.
Rəsmi Bakı bu görüş haqqında məlumat yaymayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qarabağ separatçılarına qarşı əməliyyatından sonra separatçıların təslim olduğu və qeyri qanuni rejimin buraxıldığı gözlənilirdi. İndi hərbi bölmələrin tərkisilah edilməsi barədə məlumatlar yayılsa da, separatçı rejimin buraxılması və onun başçılarının taleyi barədə heç bir açıqlama verilmir. Yevlax və Şuşa görüşləri isə bunu deməyə əsas verir ki, Azərbaycan dövlətinin xunta rejimi adlandırdığı qrup hələ ki fəaliyyətdədir.