Dindarlar nə zamandan həbs edildi-təhlil
https://azeri.sahartv.ir/news/azərbaycan-i403919-dindarlar_nə_zamandan_həbs_edildi_təhlil
İllər dolanır, fəsillər keçir. Allahın bu aləmlər üzərində hakimiyyətindən nə zərrə qədər əskilər nə zərrə qədər artar. Allaha uca bəndəlik Onun mülkünü tanımaqla baş tutar. Müsəlmanları zülm altında saxlayanlar həmişə cəmiyyətdə çalışmışlar ki, bu inancı zəiflədib, məhv etsinlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 26, 2023 13:45 Asia/Baku
  • Dindarlar nə zamandan həbs edildi-təhlil

İllər dolanır, fəsillər keçir. Allahın bu aləmlər üzərində hakimiyyətindən nə zərrə qədər əskilər nə zərrə qədər artar. Allaha uca bəndəlik Onun mülkünü tanımaqla baş tutar. Müsəlmanları zülm altında saxlayanlar həmişə cəmiyyətdə çalışmışlar ki, bu inancı zəiflədib, məhv etsinlər.

Azərbaycan hakimiyyəti dini inanclılar arasında kifayət qədər təfriqə saldıqdan sonra, növbəti palanına başladı. Bu növbəti plan dinin siyasi tərəfini qabartmaqla ölkə maraqları ilə toqquşdurmaq və beləcə dövlət və dinin ayrı olduğu bir ortam yaradaraq dindarların dövlətin istəmədiyi kimi inanclı olduğunu ictimaiyyətə yeritmək hədəfi daşıyırdı. Sonda isə, siyasi fəaliyyət, dinin siyasiləşdirilməsi, ektremizm bəhanəsi ilə şiəfobiyaya start verildi. Bu plan heç də birdəfəyə baş tutmamışdı. İlham Əliyevin hakimiyyəti dönəmində ölkənin İslam dəyərlərinə vurulan zərbə cəmiyyətin ən böyük boşluğundan başladı. Bu boşluq idealoji boşluq idi. Dinin inanclarına qəlbən sarılmaq və Allahın buyurduqlarına sözsüz itaət, demək olar ən böyük boşluğu “dolduran” amillər sırasındadır.

Hakimiyyət çox yaxşı başa düşür ki, ölkədə İslam idealogiyasının əksinə danışınca, islamfobiyanı birbaşa əməli şəkildə cəmiyyətdə icra etmək lazımdır. Çünki bu əməllərə çox rahat ad verməklə istənilən şərləmə kompaniyasını aparmaq olar. Düşmənlik əgər dinlədirsə bunun hər formasını ictimaiyyətdə astadaca və simsicə aparmaq olar. Bu isə, dövlətin dinə vura biləcəyi ən yaxşı zərəbələrin elə xalqın görmədiyi və bilmədiyi yerdən olması deməkdir. Təəssüflər olsun ki, hazırkı hakimiyyətin Şiələr əleyhinə yönəlməsi xalqın zəif nöqtəsindən başlanıldı və buna bəhanələrin gətirilməsi ölkənin ən zəif tərəfini qabartmaqla kamufilaj roluna başlanıldı.   

Ardı var....