Azərbaycan da regiondankənar dövlətlərin müdaxiləsinə qarşıdır
https://azeri.sahartv.ir/news/azərbaycan-i404361-azərbaycan_da_regiondankənar_dövlətlərin_müdaxiləsinə_qarşıdır
Əliyev: Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 11, 2023 14:12 Asia/Baku
  • Azərbaycan da regiondankənar dövlətlərin müdaxiləsinə qarşıdır

Əliyev: Regional məsələlərin 3+3 formatında həll edilməsi vacibdir

Azərbaycan Respublikasının prezidenti Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi ilə görüşdə regional məsələlərin 3+3 formatında həll edilməsinin vacibliyini vurğulayıb.

İlham Əliyev deyib ki, bu formatda müvafiq səviyyələrdə görüşlər keçirilir.

Söhbət zamanı Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi istiqamətində Azərbaycan-Rusiya-İran arasındakı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Öz növbəsində Ermənistanın baş naziri də ölkənin ictimai televiziyasına müsahibəsində deyib ki, Ermənistan 3+3 formatında görüşə hazırdır:

“Əlbəttə, biz hazırıq. Bir vaxtlar razılaşma əldə edilmişdi ki, 3+3 formatında növbəti görüş Tehranda keçiriləcək”.

Xatırladaq ki, bu formatda üç cənubi Qafqaz ölkəsinin – Azərbaycanın, Ermənistanın və Gürcüstanın, habelə Rusiya, Türkiyə və İranın iştirakı nəzərdə tutulur.