Azərbaycanda
Evlənənlərin sayı azalıb, boşananların sayı artıb
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi bildirir ki, bu ilin yanvar-avqust aylarına olan məlumata görə ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb.
Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında bu il sentyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 163 176 nəfər təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 8 ayı ərzində ölkə üzrə 75623 doğulan körpə qeydə alınıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə enib.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin yanvar-avqust aylarında 33836 nikah və 14544 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,0-dan 5,0-a düşüb, boşanmaların sayı isə 1,5-dən 2,2-yə qədər artıb.