Fələstinlilər öz torpaqlarında döyüşürlər, bəs israillilərin yanında ölən azərbaycanlılar?
https://azeri.sahartv.ir/news/azərbaycan-i404421-fələstinlilər_öz_torpaqlarında_döyüşürlər_bəs_israillilərin_yanında_ölən_azərbaycanlılar
Məlum olduğu kimi, artıq bir neçə gündür İslam Müqavimət cəbhəsinin cinayətkar sionsitlərin əleyhinə davam etdirdiyi "əl-Əqsa Tufanı" əməliyyatında bir neçə azərbaycanlı sionist öldürülmüşdür. Onların bu müharibədə iştirakı olduqca təəccüb doğurur.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Okt 13, 2023 14:24 Asia/Baku
  • Fələstinlilər öz torpaqlarında döyüşürlər, bəs israillilərin yanında ölən azərbaycanlılar?

Məlum olduğu kimi, artıq bir neçə gündür İslam Müqavimət cəbhəsinin cinayətkar sionsitlərin əleyhinə davam etdirdiyi "əl-Əqsa Tufanı" əməliyyatında bir neçə azərbaycanlı sionist öldürülmüşdür. Onların bu müharibədə iştirakı olduqca təəccüb doğurur.

Belə ki, axı bu hərbçilər kimin və nəyin müdafiəsinə qalxmışlar? Azərbaycan xalqının? Qəsbkar sionistlərin işğal etdikləri ərazilərin? Yoxsa sionist hakimiyyətinə nökərçiliyin?Əsas sual isə, bunların qanına bais olanların kim olduğudur. Bunu da demək yerinə düşər ki, heç bir sivil və dinc xalq müharibə istəmir. Yalnız o xalq mübarizə aparmaq məcburiyyətində qalır ki, onun haqqı tapdanmış olsun və təcavüzə məruz qalsın.