Azərbaycan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasından məyus olur?
Əmirbəyov: Dəhlizi İran ərazisindən çəkməyə hazırıq
Azərbaycan hakimiyyəti Zəngəzur dəhlizinin açılmasından məyus olub.
Azərbaycan Respublikası prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-nin rusdilli xəbər xidmətinə müsahibəsində rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı əvvəlki mövqeyindən geri çəkildiyinə və hazırda İran marşrutuna üstünlük verdiyinə eyham vurub.
Hökumət rəsmisi deyib ki, Ermənistan prosesi ləngitmək qərarına gəlsə, Azərbaycan İran ərazisindən marşrut çəkməyə hazırdır.
Əmirbəyov sonra əlavə edib: “Biz qəbul edirik ki, bu, Ermənistanın suveren ərazisidir. Lakin qarşı tərəfin dəhliz boyu hərəkətin təhlükəsizliyini necə təmin edəcəyini bilmək bizim üçün vacibdir. Azərbaycanın əsas hissəsindən Naxçıvana və ya əksinə qatara minən hər bir sərnişinin təhlükəsizliyi üçün etibarlı təminatlara ehtiyacımız var. Bakı danışıqlara hazırdır”.