DTX-nin saxladığı Nəzakət Məmmədova haqda qərar verildi
https://azeri.sahartv.ir/news/azərbaycan-i404692-dtx_nin_saxladığı_nəzakət_məmmədova_haqda_qərar_verildi
Bu günlərdə əksər siyasətçilərdən fərqli olaraq məzlum Fələstin xalqının müdafiəsinə qalxan politoloq Nəzakət Məmmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 21, 2023 08:25 Asia/Baku
  • DTX-nin saxladığı Nəzakət Məmmədova haqda qərar verildi

Bu günlərdə əksər siyasətçilərdən fərqli olaraq məzlum Fələstin xalqının müdafiəsinə qalxan politoloq Nəzakət Məmmədova barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaqda onun Rusiyaya casusluq etdiyi iddia olunsa da, belə bir ittihamın inandırıcı olmadığı və politoloqun Azərbaycanın hakimiyyət orqanlarına nüfuz etmiş sionist rejimin tapşırığı əsasında nəzarət altına alındığı bildirilir.

Qeyd olunur ki, onsuz da Rusiyanın 5-ci kolono Azərbaycan Respublikasında kifayət qədər aktivdir və Kreml onun casusluğuna ehtiyac duymazdı. Sadəcə olaraq, hiyləgər İsrail rejimi Qəzzə olaylarında fələstinliləri himayə etdiyi üçün Rusiyadan intiqam almaq məqsədilə onun Azərbaycanla əlaqələrini hədəfə alıb və iki qonşu dövlət arasındakı münasibətləri pozmağa cəhd edir. 

Xatırladaq ki, politoloq Nəzakət Məmmədova Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

N.Məmmədova Rusiyaya casusluq etməkdə ittiham olunur və ona qarşı dövlətə xəyanət maddəsi irəli sürülüb. Artıq onun haqqında Səbail Rayon Məhkəməsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Politoloq Nəzakət Məmmədova Alfa-TV internet televiziyasının rəhbəri olaraq daim regional əməkdaşlığı, Rusiya və İranla yaxın əlaqələrin qurulmasını və İsrail rejimi ilə əlaqələrdə ehtiyatlı olmağı təbliğ edirdi. Bu faktları nəzərə alaraq onun qondarma İsrail rejiminin sifarişi ilə həbs olunduğu ciddi ehtimallar sırasındadır.