İddia: Azərbaycan jurnalistləri korrupsiyadan yazdıqlarına görə cəzalandırılırlar.
Korrupsioner məmurlar hakimiyyət tərəfindən sığortalanır? - AKTUAL
Noy 24, 2023 09:50 Asia/Baku
“AbzasMedia” nəşrinin direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızanın həbsinin mümkün səbəbləri ictimai müzakirəyə çıxıb.
Sosial şəbəkədə gedən müzakirələrdə deyilir ki, onlar məmurlar, o cümlədən Azərbaycan prezidenti İlham Əliyevə yaxın şəxslər arasında korrupsiyadan yazdıqlarına xatir hakimiyyətin qəzəbnə tuş gəliblər.
Polis tərəfindən saxlanılan və döyülən “AbzasMedia”-nın direktoru Ülvi Həsənli həbs olunmazdan əvvək bildirmişdi ki, “vətəndaşların vergiləri kimin və necə xərclədiyini bilmək hüququ var”.
Bundan sonra Azərbaycan hakimiyyət Həsənli və Vaqifqızını pul qaçaqmalçılığında ittiham edib. Onları 12 ilə qədər həbs gözləyir.