Bakıda havanın çirklənməsi gündəlik hal alıb
https://azeri.sahartv.ir/news/azərbaycan-i407326-bakıda_havanın_çirklənməsi_gündəlik_hal_alıb
Gün ərzində çirkləndirici qaz qarışıqlarından dəm qazının miqdarı Bakı şəhəri üzrə 1.2 dəfə normadan çox müəyyən edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayııb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2024 08:42 Asia/Baku
  • Bakıda havanın çirklənməsi gündəlik hal alıb

Gün ərzində çirkləndirici qaz qarışıqlarından dəm qazının miqdarı Bakı şəhəri üzrə 1.2 dəfə normadan çox müəyyən edilib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayııb.

Sırağa gün də oxşar məlumatda Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazının 1.4, Sumqayıt şəhərində dəm qazının 1.2 dəfə normadan yüksək olduğu bildirilmişdi.

Nazirlik, dəm qazının miqdarının normadan yüksək olmasına səbəb kimi nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirləri sadalasa da, bəziləri Bakının küləklər şəhəri olduğunu diqqətə çəkir və havanın daima hərəkətdə olduğunu nəzərə çatdıraraq bu məlumatı birmənalı qarşılamırlar. Bəziləri isə sənaye müəssisələrinin Bakıdan kənarda olduğunu xatırladır və bunun havanın çirklənməsinin səbəbi kimi təqdim olunması ilə razılaşmır. Bir qrup isə nəqliyyatın intensive hərəkəti nəticəsində havanın çirklənməsini yanacağın lazımı standartlara malik olmaması ilə əlaqələndirirlər.