Okt 10, 2024 18:29 Asia/Baku
  • Azərbaycanda su çatışmazlığı nədən mənşə alır?

Azərbaycan Respublikası prezidenti ölkəsinin su qıtlığı ilə üzləşdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 10-da Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciətində ölkəsinin su qıtlığı ilə üzləşdiyini deyib.

“Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə üzləşib”,- İlham Əliyev bildirib.

Son aylarda Azərbaycan paytaxtında və ümumiyyətlə əhalinin sıx yaşadığı Abşeron yarımadasında suyun tez-tez və uzun müddətli kəsilməsi, təzyiqinin aşağı düşməsi və lilli suyun şəbəkəyə buraxılması ciddi narazılıqlara səbəb olub. İstifadəçilər bunu daha çox səriştəsiz idarəçiliyin nəticəsi hesab edirlər. 

Bəzi sosial şəbəkə istifadəçilərinə görə Azərbaycan yeni əraziləri işğaldan azad etdikdən sonra yeni su ehtiyatlarını nəzarətə alıb, eyni zamanda bu ölkədə ərazisinə görə çayların və axan suların həcmi az deyil məhz buna görə də ölkədə yaşadılan su problemi su ehtiyatlarından səmərəli istifadənin reallaşmamasından su idarə edilməsindəki səriştəsizliklərdən mənşə alır.

Bunun ən son nümunəsi Müşfiqabad-Yeni qəsəbə zonasına aiddir. Sakinlərdən biri Sputnik Azərbaycana bildirib ki, artıq üç gündür İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Müşfiqabad-Yeni qəsəbə zonasına Kərbəla müsibəti yaşadır. O, bildirib ki, qurumun internetdəki telefonlarına da cavab verən yoxdur.

Sakin qeyd edib ki, COP29 Beynəlxalq İqlim Konfransı kimi beynəlxalq tədbir ərəfəsində suyun kəsilməsi heç də xoş hal deyil.

Müvafiq qurumların bu faciənin səbəbini qəza ilə əsaslandırmalarına baxmayaraq, bu kimi halların sayının gün-gündən artması rəsmi açıqlamalara inamı sarsıdır. Hərhalda su təminatı cəmiyyətin həyatı və sağlamlığı ilə bir başa əlaqədə oalraq milli təhlükəsizlik mövzu olduğuna görə, hər bir hölkədə suyun təminatında hansısa nöqsanlar dərhal aradan qaldırılır. Hansısa qəzanın fəsadlarının aradan qaldırılması üçün ən azından 3 gün sərf olunması normal baxışda inandırıcı görünmür.

 

 

Teqlər