Azərbaycan universitetlərinin diplomları etibarsızdır
"Azərbaycan ali təhsil müəssisələrinin doktorluq və tibbi dərəcələr üzrə verdiyi diplomlar İranda etibarsız sayılır." Bunu İranın Elm və Səhiyyə Nazirliyinin nümayəndəsi Hamid Səqəfi bildirib.
Onun sözlərinə görə, xarici universitetlərin qiymətləndirilməsində əsas meyarlardan biri qlobal reytinq sistemlərindən istifadə edilməsidir:
O, bildirib ki, bu qiymətləndirmədə universitetlər üç qrupa bölünür:
A (premium universitetlər),
B (yaxşı universitetlər)
C (orta universitetlər) tələbələrin magistratura səviyyəsinə qədər təhsil ala bildiyi universitetlərdir.
"Azərbaycan universitetləri dünya reytinq siyahısında yüksək yer tutmur, yalnız bir sıra universitetlərinin C (orta) reytinqi var", - Nazirliyin nümayəndəsi qeyd edib.
Nümayəndə bu universitetlərin yalnız bakalavr və magistr dərəcələri üçün yararlı olduğunu vurğulayıb.