Dek 30, 2024 12:03 Asia/Baku
  • Aktauda qəzaya uğramış təyyarənin

"Azərbaycan Hava Yolları"na məxsus və Aktau yaxınlığında qəzaya uğrayan "Embraer 190" tipli sərnişin təyyarəsinin "qara qutu"ları Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinə (CENIPA) göndərilməsi barədə qərar qəbul olunub.

Bu barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. CENIPA-da "qara qutu"ların çatdırılması və oxunması prosesində azərbaycanlı mütəxəssislər də iştirak edəcəyi bildirilir.

Qeyd edək ki, "Embraer" təyyarələri Braziliyada istehsal olunur.

Teqlər