Azərbaycanla Rusiya arasında gərginlik nə vaxt bitəcək? - AKTUAL
Rusiya ilə Azərbaycan arasında gərginlik səngimək bilmir
Azərbaycanın Bakıdakı “Rus evi” mədəniyyət mərkəzini bağlamaq qərarından sonra Rusiya Dövlət Dumasının hakim partiyadan olan üzvü Nikolay Valuyev hakimiyyəti Rusiyadakı bütün Azərbaycan diaspor təşkilatlarını bağlamağa çağırıb.
Hazırda Azərbaycan hökumətinin nəzarətində olan telekanallar Rusiyaya qarşı ciddi ittihamlar irəli sürürlər.Dövlət televiziyası AzTV Rusiyanı 1990-cı ildə Bakının dinc əhalisinə qarşı tanklar göndərməkdə, 1992-ci ildə Xocalı qətliamında iştirak etməkdə günahlandırıb və 2020-2024-cü illərdə Qarabağda yerləşdirilən rus sülhməramlılarını “xain missiya” kimi qiymətləndirib.Bu gərginliyin əsas səbəbi kimi bir ay yarım əvvəl Qazaxıstanın Aktau hava limanı yaxınlığında AZAL təyyarəsinin vurulması göstərilir. Lakin Rusiya hələ ki, məsuliyyəti qəbul etməyib və üzr istəməyib.2024-cü ilin dekabrında baş verən qəzada üç ekipaj üzvü də daxil olmaqla 38 nəfər həlak olmuş, 29 sərnişin sağ qalmışdı.İndi hökumətə yaxın media hesab edir ki, Moskva öz rolunu etiraf etməsə, Bakı işi beynəlxalq məhkəmələrə verə bilər.Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Kremlin sözçüsü Dmitri Peskov bu yaxınlarda Vladimir Putinin “məsələ ilə bağlı hər hansı açıqlama vermək fikrində olmadığını” bildirib.Bu arada Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Bakıdakı Rus Evinə qarşı casusluq ittihamlarını “absurd” adlandıraraq, məsələnin qəsdən şişirdildiyini bildirib.Politoloq Nəsimi Məmmədli isə “Radio Svoboda”ya bildirib ki, “Rus Evi”nin bağlanması Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin əsas səbəbi deyil, nəticəsidir. Və hər iki tərəf indi bir-birinə qarşı əllərində olan vasitələrdən istifadə edir.Qeyd edək ki, yaranmış böhranda Qərbin xüsusi xidmət orqanlarının Rusiyanı Cənubi Qafqaz regionunda təcrid etmək cəhdləri müşahidə olunmaqdadır. Regionda sabitliyi pozmaq və Rusiyanı etibarsız dövlət kimi qələmə verməklə onu Azərbaycanla Ermənistan arasında cərəyan edən sülh prosesindən kənarlaşdırmaq kollektiv Qərbin digər məqsədləri sırasında ola bilər.