Sionist rejimin Azərbaycandakı səfirini dəyişməsi müəyyən şübhələrə yol açıb
İsrailli diplomat hansı missiya ilə Bakıya ezam olunub? - TƏHLİL
Sionist rejimin Azərbaycandakı səfirini dəyişməsi müəyyən şübhələrə yol açıb. Yeni səfir Ronen Kraus etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Xəbər verilir ki, görüş zamanı Azərbaycan və İsrail arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.
Sionist diplomat fəaliyyəti müddətində əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Səfirin fəaliyyətə başlaması ilə bağlı yayılan məlumat bundan ibarətdir. Lakin redaksiyamızın araşdırması başqa mətləblərdən xəbər verir. Niyə İsrail məhz indiki şəraitdə səfirini dəyişdi və rejimin regionla əlaqədar strategiyasında hansı dəyişikliklər gözlənilir?
Aydın məsələdir ki, yeni səfir təyinatında təhlükəsizlik məsələsi xüsusi yer tutur. Kəşfiyyat təcrübəsi olan və Rusiyada işləmiş Krausun gəlişi prioritetlərin iqtisadi diplomatiyadan təhlükəsizlik və kəşfiyyat diplomatiyasına dəyişdiyini göstərir.
Xatırladaq ki, o keşmidə İsrailin Moskvadakı səfirliyində yüksək vəzifədə çalışıb. Kraus əvvəllər 5 il də Bakıda işləyb və yerli strukturlarla, o cümlədən yəhudi institutları ilə yaxından tanışdır. Bu kontekstdə Krausun mümkün missiyasında Azərbaycanla Rusiya arasında mövcud olan ziddiyyətləri dərinləşdirmək xüsusi yer tuta bilər.
Sirr deyil ki, Bakı Moskvadan uzaqlaşır və İsrail bu prosesi sürətləndirmək istəyir. Krausun isə rus strukturları haqqında məlumatı bu istiqamətdə təsirli ola bilər. Bu isə o deməkdir ki, israilli diplomat Rusiyanın təsirini zəiflətməklə, ixtilafları körükləməklə məşğul olacaq və bu istiqamətdə Azərbaycanı Təl-Əvivə daha çox güvənməyə vadar edəcəkdir.
Təl-Əviv-Bakı-Vaşinqton oxunun gücləndirilməsi çox güman ki, yeni səfirin digər missiyasını təşkil edəcək. O, Amerikanın İbrahim Paktını genişləndirmək səylərini təbliğ etməklə həm də Azərbaycanı Rusiya ilə məsafə saxlamağa, əksinə ABŞ ilə ittifaqa girməyə təşviq edəcək.