Dek 24, 2025 15:05 Asia/Baku
  • Rasim Musabəyov: Yeni Konstitusiyanı gözləmək lazım deyil!

Azərbaycan parlamentinin deputatı Rasim Musabekov Ermənistanın Faktor TV (Factor TV) televiziyasına müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması müsbət istiqamətdə inkişaf edir və qonşu ölkədə yeni Konstitusiyanın qəbulunu gözləməyə ehtiyac yoxdur, sülh sazişi elə indi imzalana bilər.

Azərbaycanlı parlamentari qeyd edib ki, münasibətlərdə müsbət dinamikanı, məsələn, Qazax-İcevan dəmir yolu bərpa edildikdən sonra ölkələr arasında birbaşa yükdaşımaları açmaqla inkişaf etdirmək lazımdır.

Onun sözlərinə görə, dəmir yolunun Ermənistan hissəsi bərpa olunana qədər, Azərbaycan tərəfi yükünü sərhədə çatdıra, oradan da yük maşınları ilə Ermənistan ərazisində daşına bilər.

Musabəyov qeyd edib ki, bu iki ölkə əməkdaşlığı gücləndirməli, müxtəlif siyasi məsələlərdə fikir ayrılıqları yarandıqda, gərginliyin dinc yolla azaldılmasına çalışmalıdır.