Hicablı şagirdlərə dəstək etirazları genişlənir:
Azərbaycan Respublikasında məktəblərdə hicablı şagirdlərin dərsə buraxılmaması ilə bağlı narazılıqlar genişlənir.
Yerli medianın yaydığı görüntülərə əsasən, Bakıda və bəzi rayonlarda şagirdlər hicablı sinif yoldaşlarına dəstək məqsədilə etiraz ediblər. Daxili İşlər Nazirliyi isə məktəbli geyim qaydaları ətrafında baş verən hadisələrlə əlaqədar 37 nəfərin həbs olunduğunu açıqlayıb.Bakıda məktəblərdə hicablı şagirdlərin təhsil müəssisələrinə buraxılmaması ilə bağlı etirazlar gündəmdə qalır.Oktyabrın 12-də şagirdlərin hicablı sinif yoldaşlarının məktəbə buraxılmamasına etiraz etdikləri bildirilir. Daha əvvəl yayılan məlumatlarda paytaxtın 69 nömrəli məktəbində şagirdlərin hicablı yoldaşlarına dəstək məqsədilə dərsə girməkdən imtina etdikləri xəbər verilmişdi.