May 26, 2015 13:17 Asia/Baku
  • amerikalı komandoslar
    amerikalı komandoslar

Amerikanın təhlükəsizlik dairələri bazar ertəsi günü ifşa ediblər ki, amerikalı komandoslar tərəfindən Əbu Səyyafın öldürülməsi əməliyyatında bir neçə kompüter aşkarlanıb. Kompüterlərdə İŞİD terror qruplaşması barəsində çoxlu informasiya və sirlər vardır.

Səhər Beynəlxalq Televiziyasının əl-Şərq əl-Ousət qəzetinə istinadla verdiyi məlumata görə, Amerikanın təhlükəsizlik dairələri bildiriblər ki, Əbu Səyyaf terror qruplaşmasının ofisindən əldə olunan kompüterlər İŞİD qruplaşmasının müxtəlif müəssisələrlə əlaqəsi və maliyyə yardımları əldə etməsinə dair məlumatlarla doludur.
Bu dairələrin bildirdiyinə görə, kompüterlərdən əldə olunan məlumatlar o qədər çoxdur ki, onların hamısının araşdırılması çoxlu zaman tələb edir.
Bu məlumatlara görə, Amerika qüvvələri Əbu Səyyafın kompüterlərindən çoxlu sayda informasiya əldə etməkdən əlavə amerikalı qüvvələrin əlinə keçmiş onun həyat yoldaşını dindirərkən də yeni məlumatlar əldə ediblər.
İraq həbsxanalarından birində saxlanılan Əbu Səyyafın həyat yoldaşını Federal Təhqiqat Bürosu FTB-nin əməkdaşları dindirirlər.

Teqlər