Liviyanın baş nazirinə sui-qəsd olub
May 27, 2015 04:57 Asia/Baku
-
Liviyanın baş nazirinə sui-qəsd olub
Liviyanın baş naziri Abdulla Əbdürrəhman ət-Taniyə sui-qəsd olub.
Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Sky News Arabia telekanalı yayıb.Məlumata görə, hökumət kortejinə silahlı hücum ölkənin şərqindəki Tobruk şəhərində törədilib. Məlumata görə, hücum nəticəsində bir neçə cangüdən yaralanıb, Abdulla Əbdürrəhman at-Tani xəsarət almayıb.
Qeyd edək ki, paytaxt Tripoli üsyançıların nəzarətinə keçdikdən sonra hökumət Tobruk şəhərinə köçməyə məcbur olub.
Teqlər