Yəməndə dünya rekordçusu məşhur boksçu Əli Raymi hava hücumu nəticəsində həlak olub
https://azeri.sahartv.ir/news/dünya-i194304-yəməndə_dünya_rekordçusu_məşhur_boksçu_Əli_raymi_hava_hücumu_nəticəsində_həlak_olub
Yəməndə hava hücumu nəticəsində birinci raundda qələbə sayına görə dünya rekordçusu məşhur boksçu Əli Raymi həlak olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 29, 2015 05:17 Asia/Baku
  • Yəməndə dünya rekordçusu məşhur boksçu Əli Raymi hava hücumu nəticəsində həlak olub
    Yəməndə dünya rekordçusu məşhur boksçu Əli Raymi hava hücumu nəticəsində həlak olub

Yəməndə hava hücumu nəticəsində birinci raundda qələbə sayına görə dünya rekordçusu məşhur boksçu Əli Raymi həlak olub.

Beynəlxalq Səhər Kanalının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə idmançının meneceri Feliks Arno bildirib.

Məlumata görə, 41 yaşlı boksçu mayın 23-də Səudiyyə Ərəbistanı qırıcılarının paytaxt Sənaya olan hava hücumları nəticəsində ölüb.

Əli Raymi keçirdiyi 25 döyüşün hamısında nokautla qələbə qazanıb. O, keçirdiyi 25 görüşdən 21-də qələbəni birinci raundda qazanıb və bu göstəriciyə görə “Ginnes” dünya rekordlar kitabına daxil edilib. Qeyd edək ki, Rayminin rəqiblərinin karyerasında onunla görüşənədək bir dəfə də oldun məğlubiyyət olmayıb.

İdmançı Ümumdünya Boks Assosiasiyasının reytinqində 6-cı, Ümumdünya Boks Təşkilatının reytinqində isə 8-ci pillədə olub.