Yəmən qüvvələrinin xüsusi əməliyyatında onlarla səudiyyəli hərbçi öldürülüb və yaralanıb
İyun 02, 2015 06:18 Asia/Baku
-
Yəmən qüvvələrinin xüsusi əməliyyatında onlarla səudiyyəli hərbçi öldürülüb və yaralanıb
Yəmən ordusu və xalq komitələrinin Ərəbistanın Əsir bölgəsində Eynul-Harrə sərhəd məntəqəsinə qarşı keçirdiyi əməliyyatda onlarla səuiyyəli hərbçi öldürülüb və ya əsir götürülüb.
Səhər Beynəlxalq Televiziyasının əl-Minar telekanalına istinadla verdiyi məlumata görə, Yəmən rəsmisi bu xəbəri bildirərək əlavə edib: Səudiyyə Ərəbistanı ordusunun hərbi mövqelərinə qarşı xüsusi əməliyyat Yəmən əleyhinə səudiyyəli-amerikalı hücumlara cavab olaraq həyata keçirilib.Əl-Minar müxbiri bildirib ki, Yəmən qüvvələri Səudiyyə Ərəbistanı ilə sərhəddə səudiyyəlilərin bazaları və mövqelərinə qarşı bir neçə əməliyyat keçiriblər. Bu uğurlu hücumlardan birində Əsir məntəqəsində Ərəbistan ordusunun zirehli hərbi avtomobili hədəfə alınıb və məhv edilib. Avtoobildəki hərbçilər öldürülüb və yaralanıb. Onların bir neçəsi də qaçıb.
Yəmən qüvvələri həmçinin Ələb istiqamətində Ərəbistanın sərhəd qvardiyası qüvvələrinin bir neçə hərbi mövqeyini top atəşinə tutublar. Bu əməliyyat Səudiyyə Ərəbistanının hücumlarına cavab olaraq baş verib. Belə ki, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri əsasən də Sədə vilayətində yaşayış massivləri və bölgələrini hədəfə alıblar. Nəticədə onlarla yəmənli şəhid olub.
Digər bir məlumata görə, Səudiyyə Ərəbistanı qırıcı təyyarələri tarixi abidə olan Marib səddini bombalayıblar. Tarixi abidəyə çoxlu xəsarət dəyib və onun ətrafında yerləşən bölgələrdə bir qrup sivil şəhid olub.
Teqlər