Yəmənin Zalə şəhərində ağır döyüşlər gedir
İyun 03, 2015 05:33 Asia/Baku
-
Yəmənin Zalə şəhərində ağır döyüşlər gedir
Yerli mənbələr və şahidlər Yəmənin cənubundakı Zalə şəhərinin ətrafında bu ölkənin istefa vermiş və hazırda fərari olan prezidenti Əbd Rəbbə Mənsur Hadinin tərəfdarı olan qüvvələrlə Ənsarullah qrupu arasında şiddətli döyüşlərdən xəbər veriblər.
İRİB-nin məlumatına görə, yerli mənbələr və şahidlər dünən deyiblər ki, Əbd Rəbbə Mənsur Hadinin tərəfdarları Yəmənin sabiq prezidenti Əli Abdullah Salehin tabeliyində olan hərbçilərin dəstəyi ilə Ənsarullah qrupu arasında Zalə şəhərinin şimal hissəsindəki Əlvəbəh və Mifrəq Xuban məntəqələrində şiddətli döyüşlər baş verib. Hər iki tərəfdən ölən və yaralananlar var.Yerli mənbələr habelə, Zalə vilayətinin Dəmət məntəqəsinin ətrafında iki tərəf arasında kəskin döyüşlərin getməsindən xəbər veriblər. Bu döyüşlərdə bir qrup Ənsarullah tərəfdarının öldüyü və yaralandığı bildirilir.
Belə bir halda, yerli sakinlər bildiriblər ki, Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri dünən Zalə vilayətindəki Qəətbə şəhərini bomblayıblar.
Mənsur Hadinin tərəfdarları ötən həftə Ənsarullah qrupu ilə ağır döyüşlərin ardınca Zalə şəhərini və bir neçə hərbi bazanı nəzarət altına alıblar.
Teqlər