Türkiyə Yəməndə MİT amillərinin həbsini danıb
https://azeri.sahartv.ir/news/dünya-i194491-türkiyə_yəməndə_mİt_amillərinin_həbsini_danıb
Türkiyə Xarici İşlər Nazirliyi Yəməndə Türkiyə Milli İstihbarat Təşkilatı(MİT) amillərindən bir qrupunun həbs edilməsini danıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2015 09:51 Asia/Baku
  • Türkiyə Yəməndə MİT amillərinin həbsini danıb
    Türkiyə Yəməndə MİT amillərinin həbsini danıb

Türkiyə Xarici İşlər Nazirliyi Yəməndə Türkiyə Milli İstihbarat Təşkilatı(MİT) amillərindən bir qrupunun həbs edilməsini danıb.

Türkiyədə çıxan Tərəf qəzetinin internet portalının məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tansu Bilgiç deyib: Yəməndə Türkiyə Milli İstihbarat Təşkilatı üçün işləyən bir neçə nəfərin həbsi haqda yayılan xəbərlər reallıqla təzaddadır.
O, Ankaranın Yəmən məsələsinin bu ölkədə sabitlik və təhlükəsizliyin təmini və siyasi dialoq yolu ilə çözülməsini istədiyini vurğulayaraq, deyib: Biz inanırıq ki, bu iddiaları Türkiyənin prinsipial mövqelərindən narahat olan dairələr irəli sürürlər.
Türkiyənin inkarı elə bir haldadır ki, bundan qabaq Ankara Suriyadakı terrorçulara silah vermədiyini bildirmişdi, amma, Cumhuriyyət qəzeti xəbər və şəkillər dərc edərək, göstərdi ki, MİT Suriyadakı terrorçuları silahla təchiz edir.