Səudiyyə qüvvələri sərhəd məntəqələrindən geri oturublar
https://azeri.sahartv.ir/news/dünya-i194495-səudiyyə_qüvvələri_sərhəd_məntəqələrindən_geri_oturublar
İnformasiya mənbələri Ərəbistan ordusu Quru Qoşunlarının sərhəd məntəqələrindən geri çəkilməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 03, 2015 10:08 Asia/Baku
  • Səudiyyə qüvvələri sərhəd məntəqələrindən geri oturublar
    Səudiyyə qüvvələri sərhəd məntəqələrindən geri oturublar

İnformasiya mənbələri Ərəbistan ordusu Quru Qoşunlarının sərhəd məntəqələrindən geri çəkilməsindən xəbər veriblər.

Suriyanın SANA xəbər agentliyinin məlumatına görə, Yəmən ordusu və husilərin tabeliyində olan xalq komitəsi qüvvələri Ərəbistan ordusu Quru Qoşunlarını bu ölkənin Cizan sərhəd vilayətindəki Əltəval şəhərinin şərq sərhəd məntəqələrindən 20 kilometr geri oturtmağa müvəffəq olublar.
Yəmənin şimal cəbhəsində Yəmən qüvvələri ilə səudiyyə hərbçiləri arasında şiddətli döyüşlər haqda xəbərlər daxil olur.
Ötən günlərdə yəmənli qüvvələr səudiyyəli qüvvələrdən müəyyən miqdarda silah və sursat qənimət götürə biliblər.
Bu arada, Ərəbistan qırıcıları tərəfindən Yəmənin müxtəlif məntəqələrinə hücumlar davam edir. Bununla bağlı, BMT Təhlükəsizlik Şurası Yəmənə humanitar yardımların göndərilməsi üçün yeni atəşkəs istəyibdir.
Ərəbistanın Yəmənə hücumları 2015-ci il martın 26-dan başlanıb və indiyədək minlərlə nəfər ölüb və yaralanıb.