Yəmən və Ərəbistan sərhədlərində gərginlik
İyun 06, 2015 04:29 Asia/Baku
-
Yəmən və Ərəbistan sərhədlərində gərginlik
Yəmənin sabiq prezidentinə sadiq qüvvələr Ərəbistanın ərazisində müəyyən mövqelərə hücum edərək, 4 ərəbistanlı hərbçini öldürüblər.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, Cizan və Nəcran böglələrində baş verən bu hücumlarda 4 ərəbistanlı da yaralanıb.Məlumata görə, bu toqquşmada Yəmənin sabiq prezidenti Əli Abdulla Salehin tərəfdarı olan qüvvələrdən də bir neçə nəfər həlak olub.
Ərəbistan və müttəfiqləri 26 martdan Yəmən ərazisinə hava hücumlarına başlayıblar və indiyə qədər 2200-dən çox yəmənli sivil həlak olub və təxminən 10 min nəfər də yaralanıb.
Teqlər