Yüzlərlə Amerika vətəndaşı polisin qaradərili gənclərə qarşı zorakılığına etiraz edib
İyun 09, 2015 18:13 Asia/Baku
-
Amerikada etiraz
Bir Amerika polis zabitinin amerikalı qaradərli yeniyetmə qıza qarşı zorakılıq tətbiq etməsi və başqa bir neçə yeniyetmənin silahla hədələnməsi ilə bağlı video çarxın yayılmasından sonra yüzlərlə vətəndaşın iştirakı ilə Texasda bu hərəkətə etiraz aksiyası keçirilib.
Səhər Beynəlxalq Televiziyasının United Pressə istinadla verdiyi məlumata görə, Texasın Makkeyni məntəqəsində polis zabitinin bir qaradərili yeniyetmə qızı yerə yıxması və öz sılahını çəkərək qaradərili gənclərin şənlik və qonaqlıq mərasimini qarışdıraraq dayandırmağa çalışması ilə bağlı video-çarxın yayılmasından sonra bu məntəqədə yüzlərlə vətəndaşın iştirakı ilə etiraz aksiyası keçirilib.Bu məlumata görə, təxminən 500 etirazçı yerli polis idarəsindən bu zabiti işdən kənarlaşdırmağı tələb edib.
Etirazçılar vəd ediblər ki, qarşıdurmanın Baltimor və ya Ferqusondakı kimi kəskinləşməsinə və iğtişaşla nəticələnməsinə icazə verməyəcəklər.
Bu əməli törədən polis zabiti Erik Kisboltun fəaliyyəti hazırda dayandırılıb və bu hadisə barəsində araşdırma gedir.
Bu mərasimdə iştirak edən etirazçılardan biri Dirk Qolden deyib: Bu, bizim şəhərdir. Bizim Makkeynidə üzləşdiyimiz məsələ təkcə irqçilik məsələsi deyildir. Kütlələr arasında fasilələrin də olmasıdır.