Vyanada nüvə müzakirələri davam edir
İyun 14, 2015 08:42 Asia/Baku
İran xarici işlər nazirinin müavinləri ilə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini arasında yekun nüvə anlaşması mətninin tənzimlənməsi üzrə nüvə müzakirələrinin 2-ci günü Vyanada davam edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu müzakirələr dünən iki mərhələdə- səhər və günortadan sonra keçirilib və bununla yanaşı, Həmid Bəidinejad və Stefan Klementin başçılığı ilə ekspert heyətləri əlavələr üzərində işləyiblər.İran xarici işlər nazirinin müavinləri Seyid Abbas İraqçı və Məcid Təxt Rəvançi yekun nüvə anlaşması mətninin tənzimlənməsi üçün çərşənbə günündən Vyanadadırlar.
Nazir müavinləri bundan əvvəl Vyana və Nyu-Yorkda Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatorunun müavini ilə 6 tur məsləhətləşmə aparıblar.
Bu turda İran xarici işlər nazirinin müavinləri 5+1 qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin müavinləri ilə ikitərəfli görüşlər keçiriblər və ümumi iclas Seyid Abbas İraqçı, Helqa Şmidt və Altılıq nümayəndələrinin iştirakı ilə təşkil olunub.
İranın ekspert heyətinin üzvü Həmid Bəidinejadın bildirdiyinə görə, bu iclaslarda iştirakçılar müzakirələrin irəliləyişinin sürətləndirilməsini istəyiblər.
Yekun nüvə anlaşması mətinin tənzimlənməsi üzrə İran və Altılıq ölkəlkərinin möhləti cari ayın sonunda başa çatacaq. Lakin İran bildirib ki, zamana bağlı deyil və yaxşı anlaşmanın əldə olunması ardıncadır.