ABŞ Şərqi Avropada ağır silahlar yerləşdirir
İyun 14, 2015 13:19 Asia/Baku
ABŞ ordusu 5 mindən çox qüvvə, tank və zirehli avtomobilləri Şərqi Avropada yerləşdirmək niyyətindədir.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bir Amerika rəsmisi deyib ki, bu ölkə ordusu 5 mindən çox qüvvə, tank, zirehli avtomobillər və ağır silahları Baltika və Şərqi Avropanın bəzi ölkələrində yerləşdirmək niyyətindədir.Ötən əsrin 90-cı illərində soyuq müharibə dönəmi başa çatdıqdan sonra ilk dəfədir ki, Amerika sabiq SSRİ-nin tərkib hissəsində olmuş və NATO-ya üzv ölmayan bəzi Şərqi Avropa ölkələrində hərbi baza yaradır və ağır silahlar və hərbi texnika yerləşdirir.
Nyu-York Times-ın məlumatına görə, Rusiyanın Krımı ayırması və Ukraynanın şərqində üsyançıları dəstəkləməsi NATO üçün ciddi xəbərdarlıq olmuşdur. Bu isə üzv ölkələri Rusiyanın hədələri ilə qarşılaşmaq üçün yeni layihəni nəzərdə tutmağa məcbur etmişdir.
Bu arada NATO-nun sabiq zabiti general Ceyms Stavrids deyib ki, Amerikanın bu hərəkəti onun siyasətlərində mənalı dəyişikliyi göstərir.
Nyu-York Times öz məlumatında bildirir ki, Pentaqon-un qərarı Amerika müdafiə nazirinin təsdiqinə ehtiyaclıdır.