Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın 2 bazasına hücum ediblər
https://azeri.sahartv.ir/news/dünya-i195002-yəmən_ordusu_və_xalq_qüvvələri_Ərəbistanın_2_bazasına_hücum_ediblər
Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın 2 bazasına hücum ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 19, 2015 05:03 Asia/Baku
  • Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın 2 bazasına hücum ediblər
    Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın 2 bazasına hücum ediblər

Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın 2 bazasına hücum ediblər.

Yəmənin əl-Məsirə telekanalı Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistanın cənubunda yerləşən Cizan vilayətində, əl-Təval məntəqəsindəki əl-Məbxərə hərbi bazasına hücum etmələrindən xəbər verib. Bu məlumata görə, Yəmənin xalq qüvvələri həmçinin Cizan vilayətində yerləşən Sələ məntəqəsində Ərəbistan ordusunun ağır artilleriyasının yerləşdiyi mövqeləri raket ilə hədəfə alıblar.
Əl-Məsirə telekanalı həmçinin Ərəbistan qırıcılarının dünən gecə Yəmənin şimalında, Sədə vilayətində yerləşən Razə məntəqəsinə qarşı hücumlar həyata keçirməsindən xəbər verib. Bu hücumlar zamanı Bəni Muin məntəqəsində bir yaşayış binası bombardman edilib. Bu məlumata görə, Ərəbistan qırıcıları həmçinin, Həccə vilayətində yerləşən Mərzəq məntəqəsinə qarşı hücumları zamanı kaset bombalardan istifadə ediblər.
Yəmən mənbələri həmçinin bildirirlər ki, Ərəbistan qırıcıları mübarək Ramazan ayının birinci günündə Yəməndə yeni qırğınlar törədib, bir sərnişin avtobusunu hədəfə almaqla 23 sivil vətəndaşı qətlə yetiriblər.