Ukraynanın şərqində gedən toqquşmalarda onlarla uşaq həyatını itirib
https://azeri.sahartv.ir/news/dünya-i195019-ukraynanın_şərqində_gedən_toqquşmalarda_onlarla_uşaq_həyatını_itirib
Ukraynanın şərqində toqquşmaların başlandığı zamandan bəri 68 uşaq bu məntəqədə yaranan gərginliyin qurbanına çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2015 04:01 Asia/Baku
  • Ukraynada gedən toqquşmalarda 68 uşaq həyatını itirib
    Ukraynada gedən toqquşmalarda 68 uşaq həyatını itirib

Ukraynanın şərqində toqquşmaların başlandığı zamandan bəri 68 uşaq bu məntəqədə yaranan gərginliyin qurbanına çevrilib.

Sinxua informasiya agentliyinin verdiyi məlumata görə, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal cümə günü bu xüsusda verdiyi açıqlamada Ukraynanın şərqində gedən toqquşmalarda 176 uşağın da yaralandığını bildirib.
Y.Zerkal deyib: Müxaliflərlə dövlət qüvvələri arasında çıxan toqquşmalarda 1086 uşaq ata və ya anasını itirib və 150 min uşaq yaşadığı yeri tərk etməyə məcbur olub.
2014-cü ildə Ukraynanın şərqində, Luqansk və Donetsk vilayətlərində gərginliyin yaranmasının ardınca, müxaliflərlə dövlət qüvvələri arasında gedən döyüşlərdə indiyə kimi 6400 n əfər həlak olub, 1.3 milyon nəfər isə öz yaşadığı yerdən didərgin düşüb.