Lavorv bəzi qüdrətləri Ukraynada slühün bərqərarına mane olmaqda ittiham etdi
https://azeri.sahartv.ir/news/dünya-i195164-lavorv_bəzi_qüdrətləri_ukraynada_slühün_bərqərarına_mane_olmaqda_ittiham_etdi
Rusiya xarici işlər naziri heç bir ölkənin adına işarə etmədən, bəzi qüdrətləri Ukraynada sülh prosesini çıxılmaz vəziyyət ilə üzləşdirməyə səy göstərməkdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 24, 2015 15:09 Asia/Baku
  • Lavorv
    Lavorv

Rusiya xarici işlər naziri heç bir ölkənin adına işarə etmədən, bəzi qüdrətləri Ukraynada sülh prosesini çıxılmaz vəziyyət ilə üzləşdirməyə səy göstərməkdə ittiham edib.

İordaniyanın rəsmi xəbər agentliyi Petranın verdiyi məlumata görə, Sergey Lavrov deyib: Minsk anlaşmaları Ukrayna böhranının siyasi yollarla həll edilməsi üzrə əhəmiyyətini itirməyib.
Rusiya xarici işlər naziri Parisdə Fransa, Almaniya və Ukraynadan olan əməkdaşları ilə müzakirələrinin sonunda heç bir ölkənin adını çəkmədən, Ukraynada sülh prosesinin iflasa uğramasında maraqlı olan qüdrətlərin olduğunu deyib: "Bəziləri müharibəyə üstünlük verirlər və vəziyyətin gərginləşməsini istəyirlər. Lakin, Paris iclası bir daha tam aydın formada göstərmiş oldu ki, bu iclasda iştirak edən 4 ölkə bu kimi şəxslərin fəaliyyətlərinin təhlükələrindən agahdırlar. Buna görə də, Minsk-2 anlaşmasının icrasını istəyirlər.