İran və Fransa xarici işlər nazirləri Vyanada bir araya gəlib
İyun 28, 2015 09:49 Asia/Baku
-
İran və Fransa xarici işlər nazirləri Vyanada bir araya gəlib
İran İslam Respublikası və Fransa xarici işlər nazirləri Vyanada görüşərək İranla Altılıq qrupu arasındakı nüvə müzakirələrinin yeni turunun prosesi barədə danışıqlar aparıblar.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, İran və Fransa xarici işlər nazirləri Məhəmməd Cavad Zərif və Loran Fabiusun şənbə günkü görüşü ötən iki həftə ərzində onların ikinci görüşüdür.Fransa xarici işlər naziri Loran Fabius jurnalistlərə deyib: Paris İranla möhkəm anlaşmanın olmasını istəyir. Belə ki, həmin anlaşmada İran sülhməramlı nüvə proqramına malik olsun.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif Vyanaya daxil olduqdan sonra ABŞ dövlət katibi Con Kerri ilə anlaşma mətninin tənzimlənməsi və ixtilafların həlli prosesi barədə müzakirə aparıb.
İran xarici işlər nazirinin müavinləri Abbas İraqçı və Məcid Təxt Rəvançi ötən çərşənbə günündən Vyanadadırlar. Onlar Yekun Müştərək Təşəbbüs Proqramı mətninin tənzimlənməsi üzrə 8-ci tur məsləhətləşmələri keçirirlər.
Almaniya və İngiltərə xarici işlər nazirləri və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru da bazar günü müzakirələrə qatılacaqlar.