Ərdoğan Türkiyənin İŞİD-i dəstəkləməkdə ittiham olunmasına reaksiya verib
İyun 28, 2015 14:23 Asia/Baku
-
Ərdoğan Türkiyənin İŞİD-i dəstəkləməkdə ittiham olunmasına reaksiya verib
Türkiyə prezidenti bu ölkə hökumətinin İŞİD terror qruplaşmasını dəstəkləməkdə suçlanmasının namərdlik adlandırıb.
Səhər Beynəlxalq Televiziyasının Milliyyət qəzetinin internet portalına istinadla verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan şənbə gecə Ankarada Birlik Vəqflər Müəssisəsinin iftar mərasimində etdiyi çıxışında müxalif partiyalar, xüsusilə də CHP-nin İŞİD ünsürlərinin Kobaniyə Türkiyə vasitəsi ilə nüfuz etməsi barəsindəki iddialarını sərt şəkildə tənqid edib və deyib: Türkiyəni İŞİD terror qruplaşmasının kənarında qoymaq namərdlik və alçaqlıqdır.Bu elə bir haldadır ki, Cümhuriyyət qəzeti bir müddət öncə öz internet portalında bir sıra kadrlar yayımlamışdı. Bu qəzetin bildirdiyinə görə, həmin kadrlar Türkiyənin təhlükəsizlik qurumu və hökumətinin Suriyada terrorçu qruplaşmalara silah göndərməkdə əli olduğunu sübut edir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Cümhuriyyət qəzetinin bu hərəkətini tənqid etmiş və bu qəzet əleyhinə şikayət tənzimləyərək bu qəzetin yazarı Can Dundarı təhdid edib ki, bədəlini ağır ödəyəcək.