İyun 30, 2015 10:03 Asia/Baku
  • Hindistan hökuməti İranın neft tankerlərinin sığorta müddətini uzadıb
    Hindistan hökuməti İranın neft tankerlərinin sığorta müddətini uzadıb

Hindistan hökuməti İran İslam Respublikasının neft tankerlərinin sığortasını bir il müddətinə uzadıb.

Səhər Beynəlxalq Televiziyasının Röytersə istinadlı məlumatına görə, Hindistan hökuməti bazar ertəsi günü bu ölkə limanlarına yan alan gəmilər üçün İranın 2 sığorta şirkəti ilə anlaşmanın müddətini 2016-cı il 25 iyuna qədər uzadıb.
Hindistan hökuməti bu yolla İrandan neft idxalına kömək edəcək.
Hindistan dünyada 4-cü neft istehlakçısıdır və Çindən sonra İranın ən böyük müştərisidir. Ötən may ayında ötən illə müqayisədə Hindistan İrandan neft idxalını 66% artırıb.
Avropa Birliyinin İran əleyhinə 2012-ci il 1 iyundan sanksiyalar tətbiq etməsi səbəb oldu ki, neft tankerlərinin sığortasının əsas payına malik beynəlxalq sığorta qrupunun üzvləri İranın neft və digər yüklərini sığorta edə bilmədilər. Bu məsələ yeni sığortaçıların səhnəyə gəlməsinə səbəb oldu.

Teqlər