ABŞ İranla anlaşma barədə arxayınlıq edib
İyun 30, 2015 10:20 Asia/Baku
Ağ Ev sözçüsü deyib: Vaşinqton inanır ki, İranla anlaşma əldə olunasıdır. Hərçənd bu anlaşma 30 iyundan sonra əldə oluna bilər.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadlı məlumatına görə, Ağ Ev sözçüsü Caş Ernest müzakirələrin 30 iyundan sonra davam etməsi ehtimalına toxunaraq anlaşmaya çatmaq bəxtinin itirilməsi hesab etmədən deyib: Bu anlaşma İran və 5+1 Qrupunun qarşısındadır.Həmçinin ABŞ Dövlət Departamenti sözçüsünün müavini Mark Tuner də ötən gün deyib: Hazırkı zamanda bütün səylər yekun və möhkəm anlaşmanı ən yaxşı şəkildə əldə etməyə yönəlib. Müəyyən qədər əlavə zamana ehtiyac duyulduğu halda şübhəsiz müzakirələr təyin olunan tarixdən sonra davam edəcək.
O eyni zamanda bildirib ki, müzakirələrin uzun müddətə uzadılmasından söz getmir.
İran və 5+1 Qrupunun Yekun Nüvə Anlaşması mətninin tənzimlənməsi üzrə nüvə müzakirələrinin 8-ci turu Avstriya paytaxtı Vyanada keçirilməkdədir.