Moskva: NATO Rusiyanı təhdidedici göstərmək istəyir
İyul 01, 2015 08:39 Asia/Baku
Rusiyanın Şimali Atlantika Alyansı- NATO-dakı nümayəndəsi bildirib ki, NATO tərəfindən Moskvaya qarşı nüvə hədələri barədə irəli sürülən tənqidlər Rusiya haqda təhdidedici təsvir yaratmaq üzrə səydən başqa bir şey deyil.
Sputnik xəbər agentliyinin məlumatına görə, Rusiyanın NATO-dakı nümayəndəsi Aleksandr Qruşko deyib: NATO Moskvaya qarşı nüvə hədələri barədə ittihamlar irəli sürməklə ölkəmiz haqda təhdidedici təsvir yaratmağa çalışır, halbuki Moskva özünün nüvə məsələsində dəyişiklik barədə heç bir proqrama malik deyil.Qruşko NATO tərəfindən nüvə silahlarından istifadəyə doğru hərəkət üçün Rusiyanın hərbi proqramına dair Moskvaya qarşı iddiaların irəli sürülməsinə toxunaraq, deyib: Bu hərəkətlər NATO tərəfindən Rusiyaya qarşı əks-təbliğat kompaniyasının digər nümunələridir. O, vurğulayıb: Sizi inandırıram ki, Rusiya belə bir proqrama malik deyil və belə bir hadisə baş verməyəcək.