Türkiyədə növbədənkənar seçkilər keçirilə bilər
İyul 08, 2015 09:06 Asia/Baku
-
Türkiyədə növbədənkənar seçkilər keçirilə bilər
Türkiyə baş naziri bildirib: Müxalif partiyalar növbədənkənar seçkilərin keçirilməsinə israr edərlərsə, seçkilərin keçirilməsinə şübhə etməyəcəyik.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Əhməd Davudoğlu çərşənbə axşamı günü Türkiyənin şərqində yerləşən Van şəhərində deyib: Ərdoğan Türkiyə parlamentinin rəyasət heyətinin üzvlərini seçdikdən sonra yeni hökumətin təşkili vəzifəsini Ədalət və İnkişaf partiyasına tapşıracaq və bu partiya da yeni hökumətin təşkili üçün müzakirəyə başlayacaq.Davudoğlu bildirib:Biz heç bir vəchlə vaxt keçirmək və yeni Nazirlər Kabinetinin təşkilini təxirə atmaq istəməyəcəyik. Lakin bəziləri vaxtı keçirməklə növbədənkənar seçkilərin keçirilməsinə israr edərlərsə, vətəndaşların səsinə müraciət etmək barədə ən kiçik şübhəni etməyəcəyik.
Türkiyə baş naziir Türkiyədə milli birlik və barışıq prosesinin davam etdiyini bildərərək deyib: Artıq silahları dəfn etmək zamanı gəlib çatıb.
Teqlər