Ukrayna təhlükəsizlik qüvvələri ifratçıları tərksilah etməyə hazırlaşır
İyul 12, 2015 13:54 Asia/Baku
-
Ukrayna təhlükəsizlik qüvvələri ifratçıları tərksilah etməyə hazırlaşır
Ukrayna təhlükəsizlik xidməti və Daxili İşlər Nazirliyi müştərək bir bəyanat yayıb.
Bu bəyanatda bildirilir ki, şənbə günü Mukaçevo şəhərində qarşıdurmalar yaradan şəxslərin tərksilah edilməsi üçün lazımi addımlar atılmışdır.Bu bəyanatda həmçinin "Sağ Sektor" lideri Dmiri Yaroşdan Mukaçevo şəhərində öz tərəfdarlarını silahı yerə qoymağa çağırması istənilib.
Bununla belə Yaroş bazar günü deyib: Mukaçevo hadisələrində məsuliyyət daşıyan rəsmilər həbs olunana qədər etirazlar davam edəcək.
Bu şəhərdə qarşıdurmalar şənbə günü başlanıb. Belə ki, Sağ Sektor qrupunun təxminən 20 üzvü rəqibin silahlı üzvlərinə doğru atəş açıblar. Hadisə yerinə gələn polislər də hədəfə alınıb.
Bildirildiyinə görə, bu hadisədə 3 nəfər həlak olub, 11 nəfər də yaralanıb.
Teqlər