Obama: Nüvə anlaşması problemlərin sülh yolu ilə həllinin mümkün olduğunu göstərdi
İyul 16, 2015 10:20 Asia/Baku
ABŞ prezidenti deyib: İran və Altılıq arasındakı nüvə anlaşması beynəlxlaq ictimaiyyətin birliyi və əməkdaşlığı və müştərək strategiya ilə problemləri sülh vasitəsi ilə həll etməyin mümkün olduğunu göstərdi.
Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Barak Obama İranla əldə olunan nüvə anlaşmasına dair mətbuat konfransında bu anlaşmanı tarixi adlandıraraq deyib: ABŞ prezidenti olaraq işə başladığım zamandan İranın nüvə məsələsinin həlli Vaşinqtonun iş proqramının ilk prioriteti olmuşdur.ABŞ prezidenti hələlik ölkəsi ilə İran arasında böyük fikir ayrılıqlarının olduğunu bildirərək sözlərinə davam edib: Nüvə böhranının həlli üçün çoxlu həll yolları yox idi və biz İranın nüvə münaqişəsini diplomatik və danışıqlar yolu ilə həll edə bildik.
Sionist rejim və Respublikaçılar partiyasındakı müxaliflərini tənqid edən Obama əlavə edib: Onlar bütün, hətta sülhməramlı nüvə fəaliyyətlərinin yığışdırılmasının qeyd olunduğu anlaşmanı yaxşı hesab edirlər. Halbuki İran bunu heç vaxt qəbul etməyəcək.
Obama bildirib: Beynəlxalq ictimaiyyət də İranın sülhməramlı nüvə enerjisindən faydalanmasına qarşı deyil.
ABŞ prezidenti İranla nüvə anlaşmasının Konqresdə araşdırılması məsələsinə toxunaraq konqresmenləri bu anlaşmaya yanaşmada siyasi və özünü nümayiş etdirmə oyunu olmadan qeyd olunan reallıqlara əsasən onu araşdırmaya çağırıb.
Obama həmçinin sionist rejimin baş naziri və Konqresin bəzi respublikaçı nümayəndəsinin İran əleyhinə hərbi seçimdən istifadə ilə bağlı açıqlamalarına münasibət bildirib: Onlar açıqlama verməkdə azaddırlar. Lakin onların səbəbləri qaneedici deyil.