İyul 18, 2015 17:01 Asia/Baku
  • Ermənistanda hökumət əleyhinə etirazlar yenidən alovlanır
    Ermənistanda hökumət əleyhinə etirazlar yenidən alovlanır

Ermənistanda hökumət əleyhinə etirazlar cümə günü 17 iyuldan etibarən yenidən alovlanıb.

Trend-in məlumatına görə, Ermənistanda narazı xalq kütləsi cümə günü paytaxt İrəvanda, Azadlıq meydanında bir araya gəlib. Ermənistanda hökumət əleyhinə cərəyan edən hazırkı etiraz aksiyalarına "Ayağa qalx Ermənistan" adlı hərəkat başçılıq edir. Daha öncə bir bəyanat yayaraq, bu etiraz aksiyasının keçirilməsindən xəbər verən bu hərəkat bildirib ki, hökumət əleyhinə etirazların artıq birinci mərhələsinə start verilib.
"Ayağa qalx Ermənistan" hərəkatı həmçinin bildirib ki, hökumət əleyhinə mübarizənin növbəti mərhələsini ölkə konstitusiyasına dəyişikliyin edilməsi məsələsi üzərində qurmaq niyyətindədir.
Analitiklər iyun ayında Ermənistanda elektrik enerjisinin bahalaşması əleyhinə mübarizə ilə başlanan hazırkı böhranın iqtisadi səbəblər ilə yanaşı siyasi köklərə də malik olduğunu bildirirlər. Belə ki, Ermənistan prezidenti Serj Sarkisyanın şəxsən etirazçıların tələblərinin diqqətə alınacağı barədə vədlər verməsinə rəğmən, aksiya iştirakçıları meydanı boşaltmaqdan çəkinirlər.

Teqlər