Kerri: Konqresin İran ilə nüvə anlaşmasını rədd etməsi faciə yarada bilər
İyul 21, 2015 10:08 Asia/Baku
ABŞ Dövlət Katibi İran ilə nüvə anlaşmasının Konqres tərəfindən rədd edilməsinin "faciəli" bir hadisə olacağını bildirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Con Kerri bazar ertəsi günü NPR radiosu ilə müsahibədə İran və 5+1 qrupu arasındakı nüvə müzakirələrinin yekun nəticəsini müsbət qarşılayıb və deyib: İran və 5+1 qrupu arasında əldə olunmuş anlaşmanın Konqres tərəfindən təsdiq edilməməsi çox "faciləli" nəticələrə gətirib çıxara bilər.C.Kerri əlavə edib: Belə olarsa, ABŞ bütün etibarını itirmiş olacaq.
ABŞ dövlət katibi həmçinin deyib: Əgər Amerika İrana qarşı hərbi seçimdən istifadə qərarına gələrsə, bu işdə uğur əldə edə bilməyəcək. Çünki, BMT və Amerikanın Avropalı müttəfiqləri heç vaxt ABŞ-ın bu hərəkətini himayə etməyəcəklər.
ABŞ dövlət katibi daha sonra deyib: Nüvə anlaşmasının Konqres tərəfindən rədd ediləcəyi təqdirdə, İran müzakirələrin uğursuzluğa uğramasından uranın zənginləşdirilməsi üçün bir bəhanə kimi istifadə edə və zənginləşdirməni öz haqqı bildiyini və sadəcə müzakirələr üçün bu işi bir kənara qoyduğunu deyərək, yenidən onu bərpa edəcək.