NATO komandanı Ukrayna və NATO-nun müştərək manevri ilə yaxından tanış olub
https://azeri.sahartv.ir/news/dünya-i196137-nato_komandanı_ukrayna_və_nato_nun_müştərək_manevri_ilə_yaxından_tanış_olub
Ukrayna hökuməti Şimali Atlantik Alyansı NATO-nun komandanının cümə axşamı günü Ukrayna və NATO-nun müştərək hərbi manevri ilə yaxından tanış olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 23, 2015 12:45 Asia/Baku
  • M.Breedlove
    M.Breedlove

Ukrayna hökuməti Şimali Atlantik Alyansı NATO-nun komandanının cümə axşamı günü Ukrayna və NATO-nun müştərək hərbi manevri ilə yaxından tanış olduğunu bildirib.

Səhər Beynəlxalq Televiziyasının Sputnik İnformasiya Agentliyinə istinadlı məlumata görə, general Philip M.Breedlove Ukrayna baş naziri Arseni Yatsenyukla görüşərək Ukrayna və NATO-nun müştərək hərbi təlimlərinə baxış keçirmək istədiyini bildirib.
NATO Ukraynada ən böyük hərbi təlimlərini dünyanın 18 ölkəsindən 1800 hərbçinin iştirakı ilə çərşənbə axşamı günündən başlayıb.
Bu arada Rusiya xəbərdarlıq edib ki, belə proqramların təşkil olunması Ukraynanın şərqindəki sülh prosesini təhlükəyə ata bilər. Bu hərbi təlimlərə Amerika nəzarət edir və iyul ayının sonuna qədər davam edəcək.